“Saf rənglər” adlı VI Beynəlxalq Uşaq və Gənclər Yaradıcılıq Festivalı

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası birlikdə 2019-cu ilin oktyabr ayında məktəblilər üçün “Saf rənglər” adlı VI Beynəlxalq Uşaq və Gənclər Yaradıcılıq Festivalı keçirildi. Xüsusi siniflərdə təhsil alan istedadlı şagirdlərin bir çoxu “Azərbaycanın təbiəti”, “Milli kolorit”, “Qədim Bakı və bakılılar” mövzusunda rəsm əsərlərini münsiflər heyətinə təqdim etdilər. 8-ci sinif şagirdi Yunusov Ağaxəlil S.D.Erzi adına Beynəlxalq Fondun prezidenti tərəfindən “Təşəkkür məktubu” ilə təltif olundu. Moskvada keçiriləcək beynəlxalq rəsm müsabiqəsinə vəsiqə alan əl işlərinin içərisində şagirdimizin də iştirakı kollektivi çox sevindirdi.