Təhsil işçiləri mükafatlandırıldı

Prezident İlham Əliyev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalamışdır. Məktəbimizin ingilis dili müəllimi Cəmilə Mahmudova “Əməkdar müəllim” adına layiq görülmüşdür. Kollektiv bu xəbəri böyük sevinclə qarşıladı. Cəmilə xanımın şagirdləri sevimli müəllimlərini gül-çiçək dəstəsi ilə təbrik etdilər. 55 nömrəli məktəbin kollektivi Cəmilə xanımla fəxr edir, ona sağlamlıq və uğurlar arzulayır.