Xocavəndsiz 27 il

Xocavəndin işğalından 27 il ötür. Tarix müəllimi Elnarə Rüstəmovanın rəhbərliyi ilə “dəyirmi masa” keçirildi. Şagirdlər Xocavənd rayonun tarixindən, flora və faunasından, işğaldan sonrakı vəziyyəti haqqında məlumat verdilər.
Şagirdlər Xocavənd rayonunun ərazisindəki tarixi memarlıq və arxeoloji abidələrin zənginliyi, yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası və onlarla digər abidələr haqqında təqdimatla çıxış etdilər.