Beynəlxalq Ahıllar Günü

1 oktyabr - Beynəlxalq Ahıllar Günü 4c sinif şagirdlərinin hazırladıqları tədbirlə qeyd olundu. Tədbirə dəvət almış nənə və babalar üçün maraqlı şeir, musiqi və rəqs nömrələri ifa olundu. Məktəbimizin fəxri, təqaüddə olan müəllimimiz, sevimli şagirdlərimizin nənəsi Zümrüd Həsənquliyeva maraqlı tədbir üçün şagirdlərə və müəllim kollektivinə dərin minnətdarlığını bildirdi.