Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi

“Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin 03.07.2019-cu il tarixli, F-409 nömrəli əmrinə əsasən ədəbiyyat müəllimi Səmədova Nailə 9a sinif şagirdləri ilə seminar-məşğələ keçirdi. Əzimzadə Nərmin və Əhmədzadə Əliəkbər yubilyara həsr olunmuş prezentasiyalarını təqdim etdilər. Təqdimatlarda Məmməd Cəfərin həyatı, elmi və ictimai fəaliyyəti öz əksini tapmışdı. Müəllim N.Səmədova akademikin ədəbi-tənqidi və publisist əsərləri haqqında seminar iştirakçılarına əlavə məlumatlar verdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.