VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ekskursiya

Kitaba, mütaliəyə marağın artırılması məqsədilə UBT rəhbəri Mehnaz Süleymanova və kitabxanaçı Mehparə Hacıyevanın rəhbərliyi ilə məktəbin kitabsevərləri Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ekskursiyaya getdilər. Şagirdlər yerli və xarici nəşriyyatlar, kitab evləri, kitab mədəniyyəti əks olunan Sərgi-Yarmarkasında 100-dək nəşriyyat-poliqrafiya müəssisəsinin, 20-dən artıq xarici dövlət nəşriyyatı və yayım evinin yeni nəşrləri ilə tanış oldular. Tanınmış elm və mədəniyyət xadimləri ilə xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi