Yeni tədris ilində ilk Pedaqoji Şura

12 sentyabr 2019-cu il tarixində məktəbin akt zalında yeni tədris ilində ilk Pedaqoji Şura keçirildi. İclası məktəbin direktoru Sevinc Tahirova açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Pedaqoji şurada 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsinə dair görüləcək işlər müzakirə edilidi. Ötən tədris ilində əldə edilən uğurlar, buraxılan nöqsanlar və onların aradan qaldırılması yolları ilə yanaşı, yeni tədris ilində qarşıya qoyulan vəzifələr müzakirələr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi