Hüquqlarımızı bilək

“İnsan hüquqları aylığı” çərçivəsində bir sıra sıra tədbirlər keçirildi. Tədbirlər keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarət idi. Tarix müəllimi Elnarə Rüstəmovanın rəhbərliyi altında keçirilən tədbir şagirdlərin insan hüquqları ilə bağlı təqdimatlarına həsr olunmuşdu.

Aylıq çərçivəsində şagirdlərlə “Hüquqlarımızı bilək”, “İnsan hüquqlarının qorunması milli birliyin müqəddəs rəmzidir”, “İnsan hüquqlarının müdafiəsi”, “İnsanların hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri” və digər mövzularda söhbətlər aparıldı.

Tədbirlərdə insan hüquq və azadlıqlarına həsr olunmuş fotostendlərə, məktəblilərin əl işlərindən ibarət sərgilərə baxış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi