Müəllimlər üçün ekskursiya

30 may tarixində məktəbin bir qrup müəllimi AMİM-ə ekskursiyaya getdilər. AMİM-in direktor müavini Xədicə Cəfərova müəllimləri qarşılayaraq mərkəzin fəaliyyəti haqqında məlumat verdi, “Öyrətməyi öyrənmək” adlı seminar keçirildi. Sonra müəllimlər İçərişəhər tarixi-memarlıq kompleksində gəzmiş və ramazan ayı münasibətilə Mir Möhsün Ağanın evini ziyarət etmişlər.