Valideynin məktəbdə bir günü

“Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə birlikdə qeyd olundu. Tədbirin proqramına əsasən rəsmi açılış oldu. Valideynlər məktəbimiz sinif otaqları, kitabxana, idman zalı, tibb məntəqəsi, bufet və tədris kabinetləri ilə əyani olaraq tanış oldular. Bütün valideynlər dərs müşahidələrində iştirak etdilər. Məktəbin həyətində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirin qonağı oldular. Günün sonunda akt zalında valideynlər bir araya yığılaraq rəy və təkliflərini, bəzi tövsiyələrini bildirdilər. Məktəbdə keçirdikləri bir gündən məmnun qaldıqlarını söylədilər.