İnternetdən ehtiyacın qədər istifadə et

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Könüllük Fəaliyyətinin Təbliği Gənlər İctimai Birliyinin nümayəndələri “Uşaqların internet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində “İnternetdən ehtiyacın qədər istifadə et” mövzusunda seminar keçirdilər. Texnologiya asılılığının əlamətləri, sosial mediadan istifadə etmək asılılığa səbəb olarmı, cib telefonları, onları həddindən artıq işlətmək və s. barəsində diskussiya aparıldı. Psixoloq Şəbnəm Əliyeva “Texnologiya asılılığından qurtulmaq üçün nə etmək olar?” mövzusunda çıxış edərək şagirdlərin rəy və təkliflərinə də diqqət yetirdi.