Biz ingilis dilini öyrənirik

İngilis dili fənn aylığı çərçivəsində fənn metodbirləşmə rəhbəri Qəmər Mehdiyevanın rəhbərliyi altında “Biz ingilis dilini öyrənirik” adlı tədbir keçirildi. Şagirdlər ingilis dilində dünya şöhrətli şairlərin şeirlərini səsləndirdilər. Maraqlı dialoqlar nümayiş olundu. Avroviziya müsabiqəsi iştirakçısı Maykl Raysın “Bizdən böyük” mahnısı şagirdlərin ifasında səsləndirildi.