Respublika Günü

28 May – Respublika Günü münasibətilə səhər sıra düzülüşü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın müstəqilliyinə həsr olumuş şeirlər söylənildi. Məktəbin xor kollektivinin ifasında “Mən Azərbaycanlıyam” kompozisiyası səsləndirildi.
AXC-nin 101 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir tarix müəllimi Ülviyyə Zaidovanın rəhbərliyi altında keçirildi. Şagirdlər AXC-nin yaranması, fəaliyyəti haqqında təqdimatlarla çıxış etdilər. Tədbirin sonunda Azərbaycanın dövlət müstəqilliyi, ulu öndər Heydər Əliyev haqqında videoçarxlar nümayiş etdirildi.