Pedaqoji şura

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb rəhbərləri ilə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmənin gücləndirilməsi məqsədilə keçirilən müşavirədən sonra məktəbdə növbədənkənar pedaqoji şura keçirildi. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlər və kollektivin qarşısında duran prioritet istiqamətlər müəllimlərin diqqətinə çatdırıldı.

AMİM-in “Sinfin idarəedilməsi” mövzunda seminarında iştirak edən riyaziyyat müəllimi Samirə Şərifova hazırladığı təqdimatla çıxış etdi.

İkinci yarımil üzrə keçiriləcək böyük summativ qiymətləndirmə müzakirə olundu, müəllimlərin təklif və rəyləri dinlənildi. Bir neçə cari məsələ müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi