Respublika günü

İngilis dili fənn aylığı çərçivəsində müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə fənn müəllimi Cəmilə Mahmudovanın rəhbərliyi altında 8a sinif şagirdləri Respublika gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Azərbaycan Respublikasının Dövlət Himni ingilis dilində şagirdlər tərəfindən səsləndirildi. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, görkəmli şəxsiyyətləri, müasir Azərbaycan dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri, zəngin təbiəti haqqında məlumat verdilər. Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri ingilis dilində səsləndirildi. Ulu öndər Heydər Əliyevin söylədiyi bu şeirin səs yazısı nümayiş olundu. Tədbirə Avroviziya müsabiqəsində iştirak etmiş Çingiz Mustafayevin “The truth” mahnısı rəng qatdı. Tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatdı.