Dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti

“Dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti” mövzusunda uşaq birliyi təşkilatının rəhbəri mühazirə ilə şagirdlər qarşısında çıxış etdi. Dini bayramlar olan Ramazan və Qurban bayramının yaranmasından, onların mənəvi mahiyyətindən danışdı. Tədbirin məqsədi islam dəyərlərinin elmi cəhətdən formalaşdırılması, dini xürafat, ehkamçılıq, fanatizm, cəhalətin tənqidi, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələrini aydınlaşdırmaq idi. Eyni zamanda şagirdləri tolerant ruhda tərbiyə etmək, onlarda xalqın dini-mənəvi dəyərlərinə sayğı hissini aşılamaqdır. Dini-tarixi filmlərdən mövzuya uyğun qısa fraqmentlər göstərildi. Mövzu ətrafında şagirdlər arasında müzakirələr aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.