İsmayıl Şıxlının 100 illik yubileyi

İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı 8a sinif şagirdləri mütaliə etdikləri “Ölən dünyam” romanının müzakirəsini keçirdilər. Tədbirin əvvəlində Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Səmədova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ədəbiyyat xadimlərinə verilən dəyərlərdən, onların irsinin öyrənilməsi, təbliği məqsədilə yubliey tədbirlərinin keçirilməsindən və İsmayıl Şıxlı yaradıcılığına münasibətdən danışdı. 8a sinif şagirdləri Əzimzadə Nərmin, Məmmədli Aliyə İsmayıl Şıxlı yaradıcılığı haqqında təqdimatla çıxış etdilər. “Ölən dünyam” romanının tarixi sənədlərin, arxiv materiallarının əsasında yazılması, tarixi romanda 20-30-cu illər Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin əks olunması şagirdlərin çıxışında qeyd olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi