Ətraf mühitin qorunması və tullantılardan səmərəli istifadə

Məktəbin coğrafiya müəllimi Gülsüm Hacıyevanın rəhbərliyi altında 7c sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühitin qorunması və tullantılardan səmərəli istifadə” mövzusunda maarifləndirici dərs təşkil olundu. Şagirdlər ətraf mühitin çirklənməsinin qarşısının alınması yollarını araşdıraraq öz fikirlərini izah etdilər. Məktəb həyətinin səliqəli və təmiz saxlanılmasında iştirak edəcəklərinə söz verdilər. Şagirdlərin tullantılardan düzəltdikləri əl işləri məktəbin foyesində sərgiləndi. Məktəb şagirdləri sərgiyə maraqla tamaşa etdilər.