Qələbə günü qeyd edildi

9 may Qələbə günü münasibətilə mayın 7-də rus dili müəllimi Nuranə Dadaşovanın rəhbərliyi altında tədbir keçirildi. İkinci dünya müharibəsi, orada vuruşmuş azərbaycanlılar qəhrəmanlıq salnaməsinə adları qırmızı hərflə yazılmış Sovet İttifaqı Qəhrəmanları haqqında təqdimatlar göstərildi. Rus dilində vətənə, anaya, qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirildi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında çəkilmiş “Sizi dünyalar qədər sevirdim”, Mehdi Hüseynzadə haqqında çəkilmiş “Uzaq sahillərdə” filmlərindən fraqmentlər göstərildi. Tədbirin sonunda 7-ci sinif şagirdi Əli Süleymanovun müharibəyə ünvanladığı məktub səsləndirildi.