“Sabaha pəncərə” verilişində

Azərbaycan radiosunun dəvəti ilə şagirdlərimiz “Sabaha pəncərə” verilişinin qonağı oldular. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-texnologiya fakültəsinin tələbələri metodist Əsmət Teymurovanın rəhbərliyi altında məktəbdə pedaqoji təcrübə keçirlər. Veriliş təcrübəçi tələbələrlə şagirdlər arasında yaranan əməkdaşlıq münasibətlərinə həsr olunmuşdu. Dəvət olunan şagirdlərimiz və təcrübəçi tələbələr əməkdaşlıq münasibətlərinin onların həyatında, təhsilində müsbət əhəmiyyət kəsb etdiyini bildirdilər. Şagird və tələbələr üçün əyaniliyə əsaslanan dərslərin keçirilməsi pedaqoji təcrübənin maraqlı və yaddaqalan olmasına zəmin yaradır.