“Mən bir susmaz duyğuyam” adlı tədbir

Görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam” adlı tədbir keçirildi. Böyük yazıçının şeirləri səsləndirildi. 10b sinif şagirdi Vəlizadə Xədicənin səsləndirdiyi “Ana” şeiri tədbir iştirakçılarını duyğulandırdı. “Sevil” pyesindən bir hissə 7-ci sinif şagirdləri tərəfindən səhnələşdirildi. Ədəbiyyat dərnəyinin rəhbəri Telnaz Teymurova tərəfindən məktəbə Təlimə Dəstək Mərkəzinin nümayəndələri Məmmədova Sədaqət və Rüstəmova Roza dəvət olunmuşdular. Qonaqlar tədbir haqqında təəssüratlarını bölüşərək bildirdilər ki, bu tədbir ədəbiyyat dərnəyinə cəlb olunmuş şagirdlərlə işin yüksək səviyyədə qurulmasının nəticəsi hesab oluna bilər. Sonda qonaqlarla xatirə şəkili çəkildi.

https://www.youtube.com/watch?v=NM0fHs2Ro7k

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi