Erkən nikahların ağır fəsadları

Sağlam həyat tərzinin təbliği və təşviqi məqsədilə biologiya müəllimləri Mahmudova Aynurə və Məmmədova Sevinc “Erkən nikahların ağır fəsadları” adlı tədbir keçirdilər. Tədbirdə şagirdlər erkən nikahın ağır nəticələri haqqında danışdılar. 8b sinif şagirdi Namazova Nigar “Erkən nikahın fəsadları” adlı təqdimatla çıxış etdi. Vəlizadə Xədicə talassemiya xəstəliyi haqqında məlumat verdi. Şagirdlər “Bir qızın hekayəsi”, “Erkən nikahların rəqəmlərdə nəticəsi” adlı videoçarxlara maraqla baxdılar. Məktəbin həkimi Lətifə xanım erkən nikahların fəsadları, talassemiya və hemofiliya xəstəlikləri haqqında geniş məlumat verdi. Mövzu ətrafında maraqlı müzakirələr aparıldı.