Nümunəvi dərs

Biologiya fənn aylığı çərçivəsində Afət Balabəyova 7a sinfində “Quşlar” mövzusunda nümunəvi dərs keçirdi. Müasir dərsin tələblərinə uyğun qurulmuş nümunəvi dərsdə şagirdlər quşların xarici və daxili quruluşu, onların sürünənlərlə oxşar və fərqli xüsusiyyətlərini fəal təlim üsulları: beyin həmləsi, BİBÖ, Venn diaqramı və s. vasitəsilə öyrəndilər. Dərsin məqsədinə uyğun olaraq qruplarla iş təlim formasından istifadə olundu. Şagirdlərin birgə fəaliyyəti tədqiqat işinin səmərəliliyinə səbəb oldu. Sonda qiymətləndirmə meyarlarına əsasən şagirdlərin qiymətləndirilməsi aparıldı. Nümunəvi dərs fənn metodbirləşməsinin üzvləri tərəfindən müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi