Oxu günü

23 aprel “Oxu günü” ilə əlaqədar olaraq kitabxanaçılar Zəhra Qarayeva və Mehparə Hacıyeva şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinə mütaliələrini həvəsləndirmək məqsədi ilə tədbir keçirdilər. Məktəbin dəhlizində hazırlanmış “açıq kitabxana”da son dövrdə çap olunmuş bədii əsərlərin nümayişi şagirdlərin marağına səbəb oldu. “Mən oxudum, sən də oxu!” adlı guşədə şagirdlər oxuduqları bədii əsərlərin təəssüratlarını yoldaşları ilə bölüşdülər.