Alkoqollu içkilərin ziyanı və psixotrop maddələrin fəsadları

Biologiya müəllimi Məmmədova Sevinc “Alkoqollu içkilərin ziyanı və psixotrop maddələrin fəsadları” mövzusuna həsr olunmuş “Ağ ölümün qara qullarına çevrilməyək!” adlı tədbir keçirdi. 8a sinif şagirdi Əzimzadə Nərmin “Psixotrop maddələr”, 7c sinif şagirdi Quliyev Murad “Həyatımıza zəhər qatan mayelər” adlı təqdimatlarla çıxış etdilər.

 Alkoqolu içkilərə, psixotrop maddələrə aludəçiliyə həsr olunmuş “Ağlı başdan alan maddələr” adlı səhnəcik 8b sinif şagirdləri tərəfindən təqdim olundu. Xüsusi sinifdə təhsil alan İskəndərli Əli mövzuya uyğun çəkdiyi rəsm əsərlərini nümayiş etdirərək onlar haqqında məlumat verdi.

Nümayiş olunan “Alkoqolizmin zərərləri” və “Ağ ölüm” adlı sosial çarxlar maraqla izlənildi. Şagirdlərlə mövzu ətrafında diskusiya və müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi