Şagird-tələbə əməkdaşlığı

ADPU-nun fizika və texnologiya fakultəsinin təcrübəçi tələbələri metodist Əsmət Teymurova və fənn müəllimi Aidə İsmayılovanın rəhbərliyi ilə 8a sinfində “Un məmulatlarının hazırlanması texnologiyası” mövzusuna uyğun olaraq şirniyyat məmulatları hazırladılar. Dərsin məqsədi nəzəri biliklərin əyani şəkildə bacarıqlara çevrilməsi idi. Təcrübəçi tələbələr üçün də əyaniliyə əsaslanan dərslərin keçirilməsi pedaqoji təcrübənin maraqlı və yaddaqalan olmasına zəmin yaradır. Şagird-tələbə əməkdaşlığı  üzərində qurulan dərs çay süfrəsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi