Sağlam həyat tərzi

Saglam həyat tərzinin təbliği və təşviqi məqsədi ilə biologiya müəllimi Aynurə Mahmudova 6a sinif şagirdləri ilə "Sağlam yaşa" adlı tədbir keçirdi. Şagirdlərin "Sağlam həyat tərzi" , "Dərman bitkilərinin xəstəliklərin müalicəsində istifadəsi", "Meyvələrin insan sağlamlığına faydası" mövzusunda çıxışları dinlənildi, səhnəciklər, fotostendlər, videoroliklər nümayiş olundu. 8a sinif şagirdi Əzimzadə Nərminin "Meyvələrin orqanlara bənzərliyi və faydası" mövzusunda təqdimatı çox maraqla qarşılandı. "Sağlamlığın şərtləri" haqqında hazırlanmış maarifləndirici məlumatlar tədbir iştirakçılarına təqdim olundu. Sonda mövzu ətrafında müzakirələr aparıldı, düzgün qidalanma, stresdən və zərərli vərdişlərdən uzaq olmaq tövsiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi