Gəlin birgə oxuyaq

İntellektual səviyyənin yüksəldilməsi üçün mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliənin həyat tərzinə çevrilməsi məqsədilə kitabxanaçı Mehparə Hacıyeva V sinif şagirdləri ilə birlikdə “Gəlin birgə oxuyaq” devizi altında qiraət keçirdi. Şagirdlər Cəlil Məmmədquluzadənin “Buz” hekayəsini mütaliə etdilər. Oxu zamanı hekayədə şagirdlərə aydın olmayan sözlər izah olundu, hekayənin məzmunu təhlil edildi. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx şagirdlər tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi