Azərbaycanın dünya reytinqli idman yarışları

7a sinif şagirdi Baxışlı Xədicə - Azərbaycan Combat Ciu-Citsu yığma komandasının üzvü, dəfələrlə Milli və Beynəlxalq yarışların qalibi və mükafatçısı, ikiqat Dünya kubokunun qalibi, azyaşlı qızlar arasında ilk Avropa çempionu – “Azərbaycanın dünya reytinqli idman yarışları” adlı təqdimatla çıxış etdi. Azərbaycanın ev sahibliyi etdiyi “Formula 1”, Avropa oyunları-2015, İslam Həmrəyliyi oyunları-2017 haqqında geniş məlumat təqdimatda öz əksini tapdı. Xədicə məşğul olduğu Combat Ciu-Citsu idman növünə şagirdlərdə maraq yaratmaq məqsədilə qalib olduğu yarışların mükafatlarını göstərdi. Bu maraqlı idman növünün bir çox fəndlərini tədbir iştirakçılarına nümayiş etdirdi. Fiziki tərbiyə müəllimi Elsevər İslamov tədbirin daha maraqlı keçməsi üçün məşğul olduğu karate idman növündən məlumat verdi və özünümüdafiə fəndlərini Xədicənin iştirakı ilə göstərdi.