Su İdman Sarayında

Fiziki tərbiyə müəllimi Afət Əkbərovanın rəhbərliyi ilə təhsildə fərqlənən şagirdlər Su İdman Sarayında ekskursiyada oldular. Ekskursiyanın məqsədi müxtəlif siniflərdə təhsil alan şagirdlərə sağlam həyat tərzinin təbliği və təşviqi idi.

İdman bələdçisi olimpiya kompleksinin əsas özəlliyinin onun tavan hissəsinin şüşədən ibarət olması, ölkədə analoqu olmayan universal üzgüçülük hovuzlarının həm peşəkar, həm də həvəskar idmançılara istifadə etmək üçün təqdim olunduğunu bildirdi. Avropa və dünya standartlarına cavab verən hovuzların suyunun xüsusi muasir avadanlıqlarla təmizlənməsi və daima sanitar-gigiyenik təhlükəsizlik qaydalarına riayət olunması haqqında da məlumat verildi. Olimpiya kompleksində şagirdlərə hovuz, fitnes, spa, pilates, karate bölmələri və orada məşqlərə baxmaq imkan yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi