Hərbi-vətənpərvərlik tərbiyəsi

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə hərbi rəhbər Fərqanə Hüseynova yuxarı sinif şagirdləri ilə birlikdə “Şahin” hərbi-idman oyunlarına həsr olunmuş tədbir keçirdi. Tədbirin əvvəlində gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının tarixindən, onun keçirildiyi məkanlardan, ümummilli lider Heydər Əliyevin adını daşıyan hərbi təhsil ocağından bəhs edən təqdimat nümayiş olundu.
“Şahin” hərbi-idman oyunlarında əvvəlki illərdə iştirak edən şagirdlər təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Bu il hərbi-idman oyunlarında iştirak edəcək komanda heyəti təsdiqləndi.