Açıq havada dərs

Biologiya fənn aylığı çərçivəsində fənn müəllimi Aynurə Mahmudova 6a sinif şagirdləri ilə birlikdə “Tozlanma” mövzusunu açıq havada keçirdi. Müşahidə qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbin həyətində çiçək açmış meyvə ağacları üzərində dərsin qurulması şagirdlərdə böyük maraq doğurdu. Çiçək açmış şaftalı ağacı misalında çiçəyin quruluşu necədir, onun əsas orqanları hansılardır, dişicikdə və erkəkcikdə nə inkişaf edir, hansı həşəratlar tozlanmaya yardımçı olması əyani olaraq göstərildi. Dərsin sonunda şagirdlər kiçik bir iməcilik keçirərək həyətdə olan ağaclara qulluq etdilər. Xətai rayon İcra Hakimiyyəti tərəfindən məktəbə verilmiş dekorativ ağacları əkdilər.