Qara şəhərdən – Ağ şəhərə

Şagirdlərin tədqiqatçlıq bacarığının formalaşdırılması, məktəbin yerləşdiyi ərazinin tarixi və coğrafiyasını öyrənmək məqsədi ilə coğrafiya müəllimi Gülsüm Hacıyevanın rəhbərliyi altında şagirdlər “Qara şəhər”in yaranma tarixini, əhalisini, iqtisadiyyatının araşdıraraq təqdimatlar hazırladılar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanına əsasən “Qara şəhər”in “Ağ şəhər”ə çevrilməsi prosesi də şagirdlər tərəfindən araşdırılmışdır. Tədbirin sonunda “Ağ şəhər”in gələcək görünüşünü əks etdirən videoçarx nümayiş olundu.