Aprel döyüşləri qürurumuzdur

Aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, güclü ordu quruculuğunun təbliği məqsədilə “Rəşadətli Azərbaycan Ordusu” adlı guşə şagirdlər tərəfindən ziyarət olundu, qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Qəhrəmanlara həsr olunmuş şeirlər səsləndi. Tarix müəllimi Elnarə Rüstəmova 7c sinif şagirdləri ilə birlikdə hazırladıqları “Aprel döyüşləri qürurumuzdur” adlı tədbir keçirdilər. “Aprel döyüşləri: tariximizin şanlı səhifəsi” adlı sənədli film nümayiş olundu.