31 mart - Azərbaycanlıların Soyqırımı Günü

Fəaliyyət Planının 3.1. bəndinə əsasən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü təntənəli qeyd olundu. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəbin müəllimi Quliyeva Şəmsiyyə hazırladığı təqdimatla müəllim və şagirdlər qarşısında çıxış etdi. Təqdimatın I hissəsi 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələrə, II hissəsi isə Xocalı soyqırımına həsr edilmişdi. Təqdimatda həmçinin ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə verdiyi Sərəncam haqqında da bəhs olundu. Məktəbin məcburi köçkün və qaçqın müəllimləri İsmayılova Zərfə, Muradova Zəhra, Quliyeva Şəmsiyyə, Teymurova Telnaz xatirələri ilə bölüşdülər. Soyqırıma həsr olunmuş şeirlər şagirdlər tərəfindən səsləndirildi.