İKT həyatımızda

Fəaliyyət Planının 2.4.3. bəndinə əsasən intellektual səviyənin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüşlərinin, İKT biliklərinin təkmilləşdirilməsi məqsədilə informatika müəllimi Elmira Fərzullayevanın rəhbərliyi altında 8 və 9-cu siniflərdə “İKT həyatımızda” mövzusunda tədbir keçirildi. Tədbirdə 9b sinif şagirdi Ağamirzəyev Anar “Təhsildə İKT”, 8b sinif şagirdi Şükürova Nigar “İKT-nin üstünlükləri”, 6a sinif şagirdi Abuşova Solmaz “Müasir İKT: öyrətmə və öyrənmə” mövzusunda təqdimatlarla çıxış etdilər. "Ən son İKT yenilikləri Bakıda” mövzusunda videoçarx nümayiş olundu. Fənn müəllimi Elmira Fərzullayeva Bakıda keçirilən Beynəlxalq Telekommunikasiya İnnovasiya və Yüksək Texnologiyalar sərgisi haqqında məlumat verərək mövzu ilə bağlı şagirdlərlə müsahibə apardı.