Novruz gəlir, yaz gəlir

Milli-mənəvi dəyərlərimizi yaşadan Novruz bayramı ibtidai sinif şagirdlərinin hazırladığı rəngarəng ədəbi-bədii gecə ilə qeyd olundu. Hər bir sinif hazırladığı bayram təbriki ilə bölüşdü, milli rəqslər, baharın gəlişinə həsr olunmuş şeirlər və mahnılar ifa olundu. Novruz atributlarını əks etdirən əl işlərindən ibarət sərgi nümayiş olundu.