Gələcək çempionlar sıramızdadır

İdman sahəsində yüksək nailiyyətlər əldə etmiş şagirdlərimiz – Qulamov Raul (5a, cüdo), Poladzadə Murad (5a, futbol), Hüseynli Səfər (5a, karate), Məmmədzadə Əli (3c, karate), Nuriyeva Aydan (3a, gimnastika), Cabbarlı Tacirə (3b, gimnastika), Məhərrəmxani Əhməd (4c, futbol), Cəbrayılov Onur (4c, cüdo), Babayev Akif (4c, futbol), Baxışlı Xədicə (7a, ciu-citsu), İsmayılov Ruslan (7a, güləş), Şükürov Rəsul (5c, futbol), Həsənov Tunar (5c, boks), Əliyev Əli (5c, cüdo), İsmayılov Məhərrəm (9a, güləş), Salmanov Asim (8b, güləş) Xuduzadə Tərlan (5b, karate), Əliyev İslam (7b, karate), Xuduzadə Nurlan (7b, karate), Zeynalov Rüfət (7b, futbol) qazandıqları uğurlar haqqında yoldaşları ilə bölüşmək üçün idman zalında bir araya gəldilər. Fiziki tərbiyə müəllimləri Afət Əkbərova, Nurşirəvan Süleymanov, Əfsanə Hüseynova və Elsevər İslamovun rəhbərliyi ilə nailiyyət qazanmış şagirdlər məşğul olduqları idman növünü nümayiş etdirdilər. Bu görüşün idmanın təbliğinə töhfə verəcəyinə, daha çox şagirdin idmanla məşğul olmasına şərait yaradacağına ümid etmək olar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi