Nümunəvi dərs

İnformatika aylığı çərçivəsində Sevinc Əzimova 8a sinfində “Mətn redaktorunun obyektləri“ mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə məktəb rəhbərliyi, fənn metodbirləşmə üzvləri də iştirak edirdi.
Müasir dərsin tələblərinə uyğun qurulmuş nümunəvi dərsdə şagirdlər mətn redaktorunda mürəkkəb riyazi ifadələrin yazılması, klaviatura üzərində olmayan simvolların sənədə daxil edilməsini öyrəndilər. Şagirdlər mətn redaktorunda işləmə bacarıqlarını nümayiş etdirdikdən sonra səviyyələr üzrə qiymətləndirildilər.