Şagirdlərimizin uğuru

11 martda xüsusi siniflərdə təhsil alan şagirdlərimiz Xətai rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “Kino inciləri” adlı müsabiqədə iştirak etdilər. Azərbaycan kino sənətinin incilərindən olan “O olmasın, bu olsun” filmindən səhnəciklə çıxış etdilər. Münsiflər heyəti bütün nominasiyalar üzrə çıxışı “5” balla qiymətləndirdilər. Ümumi bal hesabına görə məktəbimiz 1-ci yerə layiq görüldü. Bu uğurlu çıxışa görə xüsusi siniflərdə təhsil alan şagirdlərə və onlara köməklik göstərən valideynlərə təşəkkürümüzü bildiririk.