Yel çərşənbəsi

Fəaliyyət Planının 2.1.3. bəndinə əsasən Azərbaycanın qədim tarixi, milli-mənəvi dəyərlərimizi yaşadan “Yel çərşənbəsi” adlı ədəbi-bədii kompozisiya keçirildi. 6b sinif şagirdləri “Novruz çərşənbələri”, “Novruz şirniyyatı”, “Azərbaycanın milli geyimləri” adlı təqdimatlarla çıxış etdilər. Bahara həsr olunmuş şeirlər və mahnılar səsləndirildi. Kosa və Keçəl yumurta döyüşdürdülər. Tədbir birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsi ilə başa çatdı.