Beynəlxalq miqyaslı iqtisadi layihələr haqqında təqdimat

Məktəbin Fəaliyyət Planının 1.1.4 bəndinə əsasən, “Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi” mövzusunda coğrafiya müəllimi Məryəm Mehtiyevanın rəhbərliyi ilə 9b sinif şagirdi Yunis Maqsudlu təqdimatla çıxış etdi. Müstəqil Azərbaycanın iştirak etdiyi Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP layihəsi haqqında ətraflı məlumat verildi. Beynəlxalq layihələrlə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.