“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin final mərhələsi

Məktəbimizin “Gənc kimyaçıları” 9-cu sinif şagirdi Ağamirzəyev Anar, 10-cu sinif şagirdi Səmədli Altay, 11-ci sinif şagirdi Kərimov Toğrul BŞTİ-nin təşkil etdiyi “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə iştirak etdilər. Bilik, bacarıq və yaradıcılıq qabiliyyətini nümayiş etdirən şagirdlər Bakı Ali Neft Məktəbinin direktoru Elmar Qasımovun və BŞTİ-nin müdiri Rəşad Tağıyevin imzası ilə sertifikatlara layiq görüldülər.

Bakı Ali Neft Məktəbində təşkil olunmuş müsabiqənin final mərhələsi şagirdlərin ali təhsil ocağı ilə tanışlığından başladı. Bakı Ali Neft Məktəbinin tarixi, fəaliyyəti, təhsil sahələri, elmi laboratoriyalar haqqında geniş məlumat verildi.

Müsabiqənin final mərhələsi uğurla keçdi, şagirdlər elm ocağında maraqlı bir gün keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi