BŞTİ-də görüş

Məktəbimizin 3c sinif şagirdi Məmmədzadə Əli idman yarışlarında fərqlənən şagirdlərlə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevlə görüşmüş, ona BŞTİ tərəfindən "Təşəkkürnamə" verilmiş və qiymətli kitab hədiyyə olunmuşdur. Əli BŞTİ tərəfindən keçirilən görüşün təəssüratlarını sinif yoldaşları ilə bölüşdü. Ona təqdim olunan “Məktəblinin lüğəti” kitabından birlikdə istifadə edəcəyini dostlarına bildirdi.