Xocalını unutma

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Xocalı soyqırımını unutma” mövzusunda rəsm və inşa yazı müsabiqəsində xüsusi siniflərdə təhsil alan şagirdlərimiz Ulduz Cabarlı, Camal Qarayev, Ağaxəlil Yunusov qalib gələrək şəhadətnamə və diplomla mükafatlandırılmışlar. Onların əl işlərindən ibarət sərgi məktəbin foyesində nümayiş olundu.

Akt zalında şagirdlərin Xocalı faciəsi haqqında hazırladıqları təqdimatlar göstərildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, xalqımızın qəhrəmanlıq səlnaməsini təbliğ etmək və ona qarşı törədilmiş faciələri unutdurmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi