Nəsimi – 650

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi ilə əlaqədar olaraq məktəbdə tədbirlər planı hazırlanmışdır. 10b sinif şagirdləri Azərbaycan dili müəllimi Ətayə Əsgərovanın təşkilatçılığı ilə Nəsimi yaradıcılığını tədqiqat edərək “Dəyirmi masa” ətrafında toplaşdılar. Nəsiminin qəzəlləri şagirdlərin ifasında səsləndirildi. Bu qəzəllərlə bağlı apardıqları araşdırmaları sinif yoldaşları ilə bölüşdülər. “Nəsimi” filmindən fraqmentlər göstərildi. Sonda fənn müəllimi şagirdlərin fikirlərini yekunlaşdıraraq Nəsiminin daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etməsindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi