Bakı Kitab Mərkəzində

“Mütaliəni həyat tərzinə çevirək” devizi ilə 10a sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnara İbrahimovanın rəhbərliyi altında Bakı Kitab Mərkəzində oldular. Məqsəd şagirdlərdə xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaq idi.

Bakı Kitab Mərkəzində şagirdlərə Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər nümayiş olundu. Məktəblilər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında məlumatlar alaraq, burada yerləşən  oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşələri ilə yaxından tanış oldular. Mərkəzdə kitabsevərlərin asudə vaxtlarını keçirmək üçün yaradılmış kafedə şagirdlər öz təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi