Tarixi abidələrimizi tanıyaq

Fəaliyyət Planının 2.1.3 bəndinə əsasən “Azərbaycanın qədim tarixi”nin öyrənilməsi məqsədilə ibtidai sinif müəllimi Fərqanə Mirzəyevanın rəhbərliyi altında şagirdlər İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğunda ekskursiyada oldular. Ekskursiyanın əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarət idi.

Ekskursiya zamanı şagirdlər Qız qalasına, Şirvanşahlar sarayına və başqa tarixi abidələrə gəzintilər etdilər. Gəzinti zamanı bələdçilər şagirdlərə tarixi abidələr haqqında ətraflı məlumat verdilər.

Şagirdlər Azərbaycanın görkəmli şairi Səməd Vurğunun ev muzeyini də ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi