Valideynin Məktəbdə Bir Günü

Bu gün məktəbimizdə “Valideynin Məktəbdə Bir Günü” layihəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirin proqramına əsasən rəsmi açılış oldu. Valideynlər məktəbimiz sinif otaqları, kitabxana, idman zalı, tibb məntəqəsi, bufet və tədris kabinetləri ilə əyani olaraq tanış oldular. Bütün valideynlər dərs müşahidələrində iştirak etdilər. Valideynlər üçün təşkil olunmuş seminarı Təlimə Dəstək Mərkəzinin aparıcı mütəxəssisi Tahirə Qədimova “Məktəb-şagird-valideyn üçbucağı” adlı maraqlı təqdimatla çıxış etdi. Məktəb- valideyn əməkdaşlığından danışdı və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında təklif və tövsiyələrini verdi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda şagirdlər valideynlər üçün hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Foyedə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi