Məktəbimizin fəxri

9 ölkə arasında İran İslam Respublikasının Tehran şəhərində 5-ci karate üzrə “Master Cup” beynəlxalq yarış keçirilmişdir. Azərbaycan Karate Do Federasiyası Assosasiyasına daxil olan “Günəş” idman klubunun 10 nəfər şagirdi yarışda iştirak etmişdir. Bu yarışda iştirak edən məktəbimizin 3c sinif şagirdi Məmmədzadə Əli Tural oğlu 9 yaşlılar arasında turnirin ən yüksək nəticəsini göstərərək qızıl medala layiq görülmüşdür. Əli idman yarışları ilə bərabər həm də dərs əlaçısıdır. Məktəbimiz Azərbaycanın bayrağını İran İslam Respublikasında ucaldan şagirdi ilə fəxr edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi